
Bakı. Trend:
NATO-nun “Müdafiə təhsilinin genişləndirilməsi proqramı” (DEEP)
çərçivəsində DEEP-in distant təhsil üzrə mütəxəssisləri ilə Milli
Müdafiə Universitetinin (MMU) nümayəndələri arasında ilkin
qiymətləndirmə görüşü keçirilib.
Trend Müdafiə
Nazirliyinə istinadən xəbər verir ki, görüş zamanı Azərbaycan və
NATO arasında hərbi təhsil sisteminin və DEEP üzrə əməkdaşlığın
cari vəziyyəti təhlil edilib, inkişaf perspektivləri ilə bağlı
fikir mübadiləsi aparılıb.
Ölkəmizin NATO ilə əməkdaşlığı çərçivəsində təşkil olunan belə
görüşlərin hər iki tərəf üçün səmərəli olduğu bildirilib və növbəti
il üçün qarşılıqlı fəaliyyət planının istiqamətləri müzakirə
edilib.
Qeyd edək ki, səfər çərçivəsində qonaqlar MMU-nun tabeliyində
fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrində
seminarlar keçirib, NATO sistemində distant təhsilin təşkili ilə
bağlı brifinqlər təqdim ediblər.

