
Bakı. Trend:
UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 3-cü turunun ən
yaxşı oyunçusu müəyyənləşib.
Trend xəbər
verir ki, “Barselona”nın hücumameyilli yarımmüdafiəçisi Fermin
Lopes həftənin ən yaxşısı seçilib.
Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb. 22 yaşlı
futbolçu azarkeşlər arasında keçirilən sorğuda Feliks Nmeça
(“Borussiya”, Dortmund), Qorka Quruseta (“Atletik”) və Dennis Manı
(PSV) qabaqlayıb.
Qeyd edək ki, Fermin Lopes “Barselona”nın “Olimpiakos”u 6:1
hesabı ilə məğlub etdiyi matçda 3 qol vurub.

