Növbəti il AYNA-ya bu qədər vəsait ayrılacaq

Baş səhifə

Bakı. Trend:

2026-cı ilin dövlət büdcəsində Azərbaycan Yerüstü Nəqliyyat
Agentliyinə ayrılacaq vəsaitin həcmi məlum olub.

Trend-in
məlumatına görə, bu məsələ “Azərbaycan Respublikasının 2026-cı il
dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.




Layihədə bildirilib ki, 2026-cı ilin dövlət büdcəsində
Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin
tabeliyində “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi
şəxsə avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımalarının
təşkili, beynəlxalq sərnişin və yük daşımalarını tənzimləyən icazə
sisteminin tətbiqi, yeni yol nişanlarının quraşdırılması və mövcud
yol nişanlarının bərpası, yol hərəkətinin və piyada-yol
infrastrukturunun təşkili üçün 40,0 milyon manat vəsait
proqnozlaşdırılıb.