Bakı. Trend:
UEFA Çempionlar Liqasının əsas mərhələsində İspaniyada “Atletik”
və “Qarabağ” komandaları arasında keçiriləcək III tur oyunu üçün
start heyətlər açıqlanıb.
Trend UEFA-nın
rəsmi saytına istinadla xəbər verir ki, komandalar “San Mames”
stadionunda saat 20:45-də başlayacaq matçda meydana aşağıdakı
heyətlərlə çıxacaqlar:
“Atletik”: Unay Simon, Yuri Berçiçe, Aytor Paredes, Andoni
Qorosabel, Oyan Sanset,
Alexandro Reqo, Mikel Xaureqisar, Niko Uilyams, Qorka Quruseta,
İnyaki Uilyams, Emerik Lyaport
Baş məşqçi: Ernesto Valverde.
“Qarabağ”: Mateuş Koxalski, Mateus Silva, Bəhlul Mustafazadə,
Kevin Medina, Elvin Cəfərquliyev, Kadi Borges, Pedro Bikalyo,
Abdullah Zubir (k), Leandro Andrade, Kamilo Duran, Nəriman
Axundzadə
Baş məşqçi: Qurban Qurbanov.

