Azərbaycanda mənzil və kommunal təsərrüfatı xərcləri 10%-dən çox azaldılıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda dövlət
büdcəsindən mənzil və kommunal təsərrüfatına 159 milyon manat
xərclənib.

Trend bu
barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.




Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18 milyon
manat və yaxud 10,2% azdır.

Qeyd edək ki, dövlət büdcəsinin xərcləri 2025-ci ilin 9 ayı
ərzində 24,668 milyard manat məbləğində icra edilib.