Bu gündən etibarən BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə yeni regional prezidenti Ciovanni Kristofoli vəzifəsinin icrasına başlayıb.
Bu barədə “Report”a “BP-Azerbaijan” şirkətindən məlumat verilib.
Bildirilib ki, Ciovanni Kristofoli BP-də 24 illik təcrübəyə malikdir və bu müddət ərzində texniki həllər, əməliyyatlar və iri layihələr sahəsində bir sıra rəhbər vəzifələrdə çalışıb. O, BP-nin Bakı ofisində fəaliyyət göstərəcək və regionda təhlükəsiz və səmərəli enerji təminatına olan öhdəliyimizi davam etdirəcək.
Qeyd edək ki, son 8 ildə şirkətin regiondakı biznesinə Qari Counz rəhbərlik edib. Onun rəhbərliyi dövründə BP regionda bir sıra mühüm uğurlara imza atıb və şirkət tərəfdaşlıqlarını daha da gücləndirib.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

