Kənd Təsərrüfatı Nazirliyindən dabaq xəstəliyi ilə bağlı AÇIQLAMA

Baş səhifə

Bakı.Trend:

Dabaq xəstəliyinə yoluxan heyvanda temperatur yüksək olmasa ölüm
faizi maksimum halda 0,1-0,2%-ə bərabər olur. Temperaturu yüksək
olmayan heyvanın ölüm halı demək olar ki, baş vermir.

Bunu Trend
açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın təşkili
və monitorinqi şöbəsinin müdiri Bayandur Rzayev bildirib.

O qeyd edib ki, heyvanda halsızlıq, iştahsızlıq olduqda dabaq
xəstəliyindən şübhələnmək olar:

“Belə halları müşahidə edən fermerlər dərhal sahə üzrə baytar
həkiminə və yaxud rayon baytarlıq idarəsinə müraciət
etməlidirlər”.




Qurum rəsmisi bildirib ki, hazırda Kənd Təsərrüfatı Nazirliyi
tərəfindən ölkə üzrə dabaq xəstəliyinə qarşı peyvəndləmə prosesi
aparılır.

Bununla yanaşı profilaktik kimyəvi dezinfeksiya, heyvan
bazarlarında mexaniki təmizləmə işləri aparılır ki, xəstəliyin bir
ərazidən digərinə keçidinin qarşısı alınsın.

B.Rzayev vurğulayıb ki, bəzi fermerlər müəyyən bəhanələr
gətirərək baytar həkimlərə və peyvəndləmə prosesinə inamsız
yanaşırlar:

“Mən fermerlərə müraciət edirəm ki, peyvəndləmə prosesindən
yayınmasınlar. Peyvəndləmə dövlətin vətəndaşına göstərdiyi qayğının
bir nümunəsidir”.