Bakı. Trend:
Birləşmiş Hərbi Dəniz Qüvvələrinin (CNF) beynəlxalq
koalisiyasının tərkibində fəaliyyət göstərən Pakistan hərbi gəmisi
Ərəb dənizində dəyəri 972 milyon dollardan çox olan narkotik
vasitələri daşıyan iki yelkənli gəmini ələ keçirib.
Trend “AFP”yə
istinadən xəbər verir ki, əməliyyat 48 saat ərzində həyata
keçirilib.
Gəmilərdən bir neçə ton metamfetamin və az miqdarda kokain
götürülüb. Məlum olub ki, tutulan gəmilərin heç bir dövlətə
məxsusluğu müəyyən edilməyib.
Qeyd edək ki, Birləşmiş Dəniz Qüvvələri (JNF) qərargahı
Bəhreyndə yerləşən 29 ölkədən ibarət koalisiyadır və onun
fəaliyyəti Bəhreyndə yerləşən ABŞ Hərbi Dəniz Qüvvələri Mərkəzi
Komandanlığı tərəfindən koordinasiya olunur.

