
Bakı. Trend:
La Liqa dekabrın 20-də Mayamidə keçirilməsi planlaşdırılan 17-ci
turun “Vilyarreal” – “Barselona” matçının ləğv edildiyini
açıqlayıb.
Trend-in
məlumatına görə, bu barədə çempionatın sosial media səhifəsində
məlumat yayımlanıb. La Liqanın bəyanatında bildirilib:
“İspaniya futbolunun beynəlmiləlləşməsi üçün tarixi və unikal
fürsəti təmsil edən bu layihənin həyata keçirilə bilməyəcəyinə görə
çox təəssüflənirik. Sərhədlərimizdən kənarda rəsmi matça ev
sahibliyi etmək çempionatımızın qlobal genişlənməsi, klubların
beynəlxalq mövcudluğunun gücləndirilməsi və İspaniya futbol
brendinin strateji bazarda güclənməsi üçün həlledici addım
olardı.”
Qeyd olunub ki, planlaşdırılan matç “Real Madrid” də daxil
olmaqla La Liqanın digər klublarının etirazlarına səbəb olub. Eyni
zamanda, Mayamidəki matçın təşkilatçıları tədbirə lazımi səviyyədə
hazırlaşmaq üçün vaxtlarının olmadığını bildiriblər.

