
Bakı. Trend:
Azərbaycanın yunan-Roma güləşçisi Ziya Babaşov Serbiyanın Novi
Sad şəhərində keçirilən U-23 dünya çempionatında qızıl medal
qazanıb.
Trend-in
məlumatına görə, 63 kiloqram çəki dərəcəsində mübarizə aparan
idmançı finalda moldovalı Vitali Yeryomenkoya 6:3 hesabı ilə qalib
gələrək dünya çempionu adını qazanıb.
Qeyd edək ki, U-23 dünya çempionatına oktyabrın 27-də yekun
vurulacaq.


