
Bakı. Trend:
Polşanın hüquq-mühafizə orqanları ölkə ərazisində təxribatlar
hazırlamaqda şübhəli bilinən səkkiz nəfəri həbs edib.
Trend xəbər verir
ki, bu barədə Polşanın baş naziri Donald Tusk öz rəsmi “X”
səhifəsində paylaşım edib.
“Daxili təhlükəsizlik agentliyi digər xidmətlərlə birlikdə
ölkənin müxtəlif rayonlarında diversiyaların hazırlanmasında
şübhəli bilinən səkkiz nəfəri saxlayıb”, – deyə o yazıb.
Tuskun sözlərinə görə, hazırda onların dindirilməsi aparılır,
hüquq mühafizə orqanları isə əlavə operativ tədbirlər həyata
ekçirir. Baş nazir konkret hansı təxribatlardan sözün getdiyini
aydınlaşdırmayıb.

