Bakı. Trend:
Azərbaycanın yunan-Roma güləşçisi Ziya Babaşov Serbiyanın Novi
Sad şəhərində təşkil olunan U-23 dünya çempionatında finala vəsiqə
qazanıb.
Trend-in
məlumatına görə, 63 kiloqram çəki dərəcəsində çıxış edən idmançı
yarımfinalda türkiyəli Servet Angiyə 2:1 hesabı ilə qalib gələrək
həlledici mərhələdə iştirak hüququ əldə edib.
Qeyd edək ki, mundiala oktyabrın 27-də yekun vurulacaq.

