
Bakı. Trend:
Cəbrayılda 50 MVt gücündə “Şəms” və 50 MVt gücündə “Üfüq” günəş
elektrik stansiyalarının (GES) təməlinin yaxın zamanda qoyulması
planlaşdırılır.
Trend xəbər
verir ki, bu barədə Energetika naziri Pərviz Şahbazovun 20 Oktyabr
Energetiklər Günü münasibətilə “Azərbaycan” qəzetində “Azərbaycan
Regional Enerji Qovşağına Çevrilir” adlı məqaləsində
bildirilib.
“Ölkəmizdə bərpa olunan enerji mənbələri üzrə ilk hərrac
layihəsi – 100 MVt gücündə “Qobustan” Günəş Elektrik Stansiyasının
tikintisinə başlanması və əlavə 100 MVt-lıq günəş enerjisi layihəsi
üzrə də intensiv işlər görülür. Bu layihələrin reallaşması
sayəsində 2027-ci ilə qədər quraşdırılmış gücdə bərpa olunan
enerjinin payı 33,7 faizə çatacaq. Stansiyalardan əldə olunacaq
illik 5 milyard kVt·saat elektrik enerjisi hesabına 1 milyard
kubmetrdən çox təbii qaza qənaət və 2,3 milyon tonadək emissiya
azalması təmin ediləcək”, – məqalədə qeyd edilib.

