Binyamin Netanyahu
İsrailin Baş naziri Benyamin Netanyahu anklavın cənubunda baş verən atışma hadisəsindən sonra hərbçilərə Qəzzada radikallara qarşı qəti addımlar atmağı əmr edib.
“Report”un məlumatına görə, bu barədə baş nazirlik məlumat yayıb.
“HƏMAS-ın atəşkəsi pozmasından sonra baş nazir Netanyahu İsrailin müdafiə naziri İsrael Katz və yüksək səviyyəli təhlükəsizlik rəsmiləri ilə məsləhətləşmələr aparıb və Qəzza zolağında terrorçuların hədəflərinə qarşı qətiyyətli addımların atılmasına göstəriş verib”, – bəyanatda deyilir.
Bundan əvvəl İsrail ordusu anklavın cənubundakı Rəfah şəhəri yaxınlığında yaraqlıları atəşkəsi kobud şəkildə pozmaqda ittiham edərək onlara zərbələr endirib.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

