
Bakı. Trend:
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əsas kapitala
yönəldilmiş investisiyalardan daşınmaz əmlakla əlaqədar
əməliyyatlara 6,4 milyon manat sərf olunub.
Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə
edib.
Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövründəki
göstərici ilə müqayisədə 3,9 milyon manat və ya 2,6 dəfə
çoxdur.
Belə ki, 2024-cü ilin ilk doqquz ayında ölkədə əsas kapitala
yönəldilmiş investisiyalardan daşınmaz əmlakla əlaqədar
əməliyyatlara 2,5 milyon manat sərf olunmuşdu.
Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında ölkənin
iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə
mənbələrindən əsas kapitala 13,048 milyard manat və ya 2024-cü ilin
müvafiq dövrü ilə müqayisədə 1% çox investisiya yönəldilib.
Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 11,5% azalıb,
qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 7%
artıb.
Ümumi sərmayənin 6,648 milyard manatı və ya 51%-i məhsul
istehsalı sahələrinin, 4,298 milyard manatı (32,9%-i) xidmət
sahələrinin, 2,102 milyard manatı (16,1%-i) isə yaşayış evlərinin
tikintisinin payına düşüb.


