
Bakı. Trend:
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin
cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq
Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum
əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən
otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə
nəticələndi.
Trend Vətən
müharibəsinin oktyabrın 18-nə olan xronikasını təqdim edir:
– Prezident İlham Əliyev “Twitter” səhifəsində Azərbaycan
Silahlı Qüvvələrinin qədim Xudafərin körpüsünün üzərində Azərbaycan
bayrağını qaldırdığını açıqlayıb;
– Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “İnstaqram”
hesabında Füzulinin işğaldan azad edilməsi ilə bağlı paylaşım edib;
– Humanitar atəşkəs rejiminin elan olunmasına baxmayaraq
Ermənistan silahlı qüvvələri növbəti dəfə razılaşmanı kobud surətdə
pozub;
– Ermənistanın məhv edilən hərbi texnikalarının siyahısı açıqlanıb. Düşmənin hərbi hissəsi ələ
keçirilib. Ermənistanın növbəti Su-25 təyyarəsi
vurulub;
– Ermənistan Ağdərə, Füzuli, Hadrut və Cəbrayıl istiqamətlərində
hücuma cəhd edib;
– Azərbaycan əsgəri ermənilərin xüsusi təyinatlılarının mövqelərini ələ keçirib;
– Düşmənin döyüş texnikası və silah-sursatı ələ keçirilib;
– İşğaldan azad olunan Füzuli şəhərinin mərkəzində Azərbaycan
bayrağı qaldırılıb.

