Xarici borclanmanın yuxarı həddi müəyyənləşib

Baş səhifə

Azərbaycan Respublikasının 2026-ci il üzrə xarici dövlət borclanmasının yuxarı həddi (limiti) 6 milyard manat məbləğində təsdiq ediləcək.

APA-Economics” xəbər verir ki, bu, Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Layihə əsasən, 2026-cı il üzrə daxili dövlət borclanmasının yuxarı həddi (limiti) 2 milyard manat müəyyən edilib.

İl ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi (limiti) 3 milyard manat məbləğində təsdiq ediləcək.