ABŞ Prezidentinin xüsusi elçisi və Ermənistan səfiri Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər

Baş səhifə
ABŞ Prezidentinin xüsusi elçisi və Ermənistan səfiri Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər

ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoff və Ermənistanın ABŞ-dəki səfiri Narek Mkrtçyan Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər.

“Report” xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

S.Uitkoff 8 avqust Vaşinqton razılaşmaları kontekstində ölkəsinin Ermənistan-Azərbaycan arasındakı normallaşmaya ardıcıl dəstəyini bəyan edib.