
Bakı. Trend:
Tanınmış fransız aktrisa Bricit Bardo “ağır xəstəlik” diaqnozu
ilə xəstəxanaya yerləşdirilib.
Trend xəbər verir
ki, bu barədə “Nice Matin” qəzeti məlumat yayıb.
Jurnalistlərin bildirdiyinə görə, Bardo artıq üç həftədir
Tulondakı özəl xəstəxanada müalicə olunur və burada əməliyyat
keçirib. Aktrisanın yaxın günlərdə evə buraxılacağı gözlənilsə də,
“Nice Matin” onun vəziyyətinin hələ də narahatlıq doğurduğunu
yazır.
91 yaşlı Bricit Bardo dünya kinosunun əfsanəsi hesab olunur – o,
21 illik karyerası ərzində 45 filmdə rol alıb, 70-dən çox mahnı ifa
edib.
1973-cü ildən etibarən Bardo heyvan hüquqlarının müdafiəsinə
yönəlmiş fondun fəaliyyətinə həsr olunub.
Bir neçə həftə əvvəl aktrisa 2020–2025-ci illər arasında
üzərində işlədiyi “BBcédaire” adlı kitabını da nəşr etdirib.

