Bakı. Trend:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın fərmanı ilə Prezident
Administrasiyası yanında Fövqəladə Hallar və Müdafiə
Planlaşdırılması İdarəsi yaradılıb.
Trend xəbər verir
ki, müvafiq fərman oktyabrın 16-da “Resmi Gazete”də dərc
olunub.
Yeni idarənin əsas vəzifələrinə təbii fəlakətlər və fövqəladə
hallar, mülki müdafiə, səfərbərlik və hərbi vəziyyətə hazırlıqla
bağlı tədbirlərin idarə olunması və koordinasiya edilməsi
daxildir.
Fövqəladə Hallar və Müdafiə Planlaşdırılması İdarəsi Prezident
Administrasiyasını, eləcə də təbii fəlakətlər və fövqəladə hallar
üzrə idarəetmə mərkəzlərini müvafiq məlumatlarla təmin edəcək,
həmçinin nazirlərin tapşırıqlarını icra edəcək.

