Azərbaycanda ilk dəfə olaraq bu ilin sonunadək banklardan biri “Az-QR” standartına keçid edəcək

Baş səhifə

Bakı. Trend:

“PAŞA Bank” bazarda POS-termianllarda “Az-QR” sistemini bu ilin
sonunadək tətbiq edəcək.

Trend xəbər
verir ki, bunu “PAŞA Bank”ın İdarə Heyəti sədrinin müavini Bəhruz
Nağıyev bankın 2025-ci ilin birinci yarımilinin nəticələrinə dair
keçirilən mətbuat konfransında bildirib.




O qeyd edib ki, ən geci bir ay ərzində bu işlər
tamamlanacaq.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı (AMB) “Az-QR” standartını
ödəniş bazarı iştirakçılarına təqdim edib.