Əfqanıstan-Pakistan hərbi toqquşmalarında 18 nəfər ölüb, 360-dan çox yaralı var

Baş səhifə

Oktyabrın 10-dan bəri Pakistan-Əfqanıstan hərbi toqquşmalarında azı 18 nəfər ölüb, 360 nəfərdən çox insan xəsarət alıb.

APA “Reuters”ə istinadən xəbər verir ki, bu barədə BMT-nin Əfqanıstandakı Yardım Missiyası məlumat verib.

Qeyd edək ki, oktyabrın 15-də Pakistan və Əfqanıstan arasında 48 saatlıq atəşkəs razılaşması əldə olunub.

Atəşkəs rejimi hələ ki qüvvədədir.