
Bakı. Trend:
Okean səviyyəsinin durmadan artması 2100-cü ildən sonra
sahilyanı şəhərlərin tamamilə su altında qalması ilə nəticələnə
bilər.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, belə bir nəticəyə Makgil Universitetinin
(Kanada) alimləri gəlib.
Onların təxminlərinə əsasən, dəniz səviyyəsinin yarım metr
qalxacağı təqdirdə Afrika, Cənub-Şərqi Asiya , Cənubi və Mərkəzi
Amerikada 3 milyondan çox bina dağılma təhlükəsi ilə üzləşəcək.
Suyun 5 metrə qədər qalxacağı təqdirdə isə – 45 milyon bina, 20
metr yüksələcəyi halda isə 136 milyondan çox bina məhv ola
bilər.
Alimlərin qeyd etdiyinə görə, dəniz səviyyəsi yarım metr
qalxarsa, 2150-ci ilə qədər sahilboyu binaların və yolların
itirilməsi qaçılmaz olacaq. Məlumatına əsasən, sahil boyunca
yerləşən 20 meqapolisdən 7-si artıq eroziya ilə üzləşir və sahil
daşqınlarına məruz qalır.

