Bu gün Biləcəridə işıq olmayacaq

Baş səhifə

Bakı. Trend:

Bu gün Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində bir sıra
ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Trend xəbər verir ki, bu barədə “Azərişıq” ASC
məlumat yayıb.




Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət
göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması
məqsədilə 16 oktyabr tarixində Biləcəri Enerji Təchizatı və Satışı
İdarəsi (ETSİ) ərazisində 6 kV-luq hava xəttində
yenidənqurma-təftiş işləri aparılacaq.

“Bununla əlaqədar olaraq saat 10:00-dan 15:00-dək Biləcəri
qəsəbəsinin bəzi hissələrində, Söyüdlər adlanan ərazidə, Azərbaycan
Respublikası Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ətraf
ərazilərində və yeni yaşayış massivində elektrik enerjisinin
verilişində məhdudiyyət yaranacaq. İşlər başa çatdıqdan sonra
sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin
olunacaq”,- deyə əlavə edilib.