
Xankəndi. Trend:
Bu gün Azərbaycan münaqişə sonrası bərpa modelini dünya ilə
bölüşməkdən qürur duyur. Bu model davamlılıq, ərazi reinteqrasiyası
və insanmərkəzli inkişaf prinsiplərinə əsaslanır.
Trend xəbər
verir ki, bu fikirləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin
sədri Anar Quliyev Xankəndi şəhərində keçirilən 3-cü Milli
Şəhərsalma Forumunda səsləndirib.
A.Quliyev Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən
genişmiqyaslı yenidənqurma işlərinə toxunaraq, yaşayış
məntəqələrinin inkişafı ilə əlaqədar hazırlanan Baş planlardan da
bəhs edib:
“Bu sənədlər sadəcə texniki plan deyil, həmin ərazilərin yenidən
qurulması üçün əsas yol xəritəsidir. Bu proses həmçinin
Azərbaycanın dayanıqlı şəhərsalma prinsiplərinə sadiqliyini əks
etdirir”.

