Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan xarici ölkələrə 17,4 milyon ton neft (kondensatla birlikdə) ixrac olunub.
“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin bu ilin yanvar-sentyabr ayları üzrə açıqladığı operativ məlumatlarında deyilir.
Bildirilir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,5 milyon ton və ya 2,8 % azdır.
Hesabat dövründə konsorsium 14,9 milyon tonu neft ixrac edib. Bu, 2024-cü ilin eyni ayları ilə müqayisədə 0,7 milyon ton və ya 4,5 % azdır.
Bu ilin ilk 9 ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) neft ixracı 2,1 milyon ton təşkil edib ki, bu da 2024-cü ilin üç rübünün göstəriciləri ilə müqayisədə 0,2 milyon və ya 8,7 % azdır.
Hesabat dövründə ixrac edilən neftin 0,4 milyon tonu isə “Abşeron” yatağının payına düşüb.
Qeyd edək ki, Azərbaycan sahillərindən təxminən 100 km aralıqda yerləşən “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan ilk neft 1997-ci ildə hasil olunub.
Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin

