Gürcüstanın Baş naziri İrakli Kobaxidze Finlandiyanın xarici işlər naziri Elina Valtonenlə görüşü ləğv edib.
“Qərar Elina Valtonenin qanunsuz mitinqdə iştirakı və yalan bəyanatlar yayması ilə əlaqədar qəbul edilib”, – Gürcüstan hökumətinin bəyanatında deyilir.
Bir gün əvvəl ATƏT-in sədri, Finlandiya XİN başçısı Tbilisidə Gürcüstan parlamenti binası qarşısında etirazçılarla görüşüb.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin

