
Bakı. Trend:
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bazar ertəsi Hindistanda
istehsal olunan üç təhlükəli öskürək siropu ilə bağlı xəbərdarlıq
edərək, səlahiyyətliləri bu dərmanların öz ölkələrində aşkarlanması
barədə məlumat verməyə çağırıb.
Trend bu barədə xarici
KİV-lərə istinadən xəbər verir.
Məlumata görə, ÜST dərmanların “Sresan Pharmaceutical”,
“Coldrif”, “Rednex Pharmaceuticals Respifresh TR” və “Shape Pharma”
əczaçılıq şirkətlərinin xüsusi partiyalarına aid olduğunu müəyyən
edib.
ÜST keyfiyyətsiz məhsulların əhəmiyyətli sağlamlıq riski
yaratdığını və ciddi, potensial həyati təhlükəsi olan xəstəliklərə
səbəb ola biləcəyini açıqlayıb.

