Azərbaycanın U-17 millisi seçmə mərhələdə sonuncu oyununu keçirib

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandası
Avropa çempionatının seçmə mərhələsində üçüncü oyununu keçirib.

Trend xəbər verir ki, 9-cu
qrupda yer alan yığma sonuncu matçında Rumıniyanın müvafiq yaş
qrupundan ibarət komandası ilə qarşılaşıb.




Fransanın Kapbreton şəhərində yerləşən “Burye” stadionunda
keçirilən görüş rəqibin 5:1 hesablı qələbəsi ilə başa çatıb.
Komandamızın yeganə qolunu 20-ci dəqiqədə Əli Bəşirov vurub.

Bu nəticədən sonra xalı olmayan Azərbaycan millisi qrupu sonuncu
sırada başa vurub.