İranda casusluqda ittiham olunan Fransa vətəndaşlarına hökm oxunub

Baş səhifə

İranda casusluqda ittiham edilən iki Fransa vətəndaşına hökm oxunub.

APA İran mediasına istinadən xəbər verir ki, Fransa vətəndaşları ölkələri və İsrail üçün casusluq etməkdə günahlandırılaraq ayrı-ayrılıqda 30 ildən çox müddətinə azadlıqdan məhrum ediliblər.

Onlar Fransanın xeyrinə casusluq, İsraillə kəşfiyyat əməkdaşlığı və ictimai təhlükəsizliyinə zərbə vurmaq məqsədilə toplaşmaq kimi üç ayrı maddə ilə təqsirli biliniblər.

Qeyd edək ki, bir neçə gün əvvəl İranda casusluq ittihamı ilə həbs olunan Fransa vətəndaşı Lenard Montrous azadlığa buraxılıb.

O, 12 günlük müharibə dövründə İran əleyhinə casusluq ittihamı ilə həbs edilmişdi.