
Bakı. Trend:
Məşhur “Race Across the World” yarışmasının ulduzu Sem Qardiner
çətin hava şəraitində yüksək sürətlə hərəkət edən “VW Golf”
avtomobilinin idarəetməsini itirərək ölümcül qəza keçirib.
Trend xəbər verir
ki, 24 yaşlı gəncin həyatını xilas etmək mümkün olmayıb.
Sem Qardiner 2020-ci ildə anası Co ilə birlikdə məşhur səyahət
şousunda iştirak edərək populyarlıq qazanmışdı. O, İngiltərənin
Stokport şəhərindəki A34 avtomobil yolunda idarəetməni itirərək
başqa nəqliyyat vasitəsi ilə toqquşub və ağır beyin travması alaraq
hadisə yerində dünyasını dəyişib.
Anasının sözlərinə görə, Sem “macəra axtaran, daim hədəf qoyan
və heç vaxt bir yerdə dayanmayan” biri olub:
“O, bir məqsədə çatanda dərhal yeni bir hədəf axtarırdı,” – deyə
Semin anası bildirib.

