Ərdoğan ABŞ-İran danışıqlar prosesinin pozulmasının qarşısını almağa çağırıb

Baş səhifə

Bakı. Trend:

Vaşinqton və Tehran arasında Pakistanda planlaşdırılan
danışıqlardan maksimum dərəcədə istifadə edilməli və uğursuzluğa
düçar olmasına yol verilməməlidir.

Trend-in
məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan
İran prezidenti Məsud Pezeşkian ilə telefon danışığı zamanı
deyib.




“Danışıq zamanı Prezident Ərdoğan qeyd edib ki, Türkiyə müvafiq
ölkələrlə birlikdə atəşkəsə gətirib çıxaran prosesdə intensiv
səylər göstərib. O, İslamabadda keçiriləcək qarşıdan gələn
danışıqların davamlı sülh və sabitliyə nail olmaq üçün maksimum
dərəcədə istifadə edilməli olduğunu, bu prosesi pozmaq istəyənlərə
belə bir fürsət verməməyin vacibliyini və ölkəmizin dost
dövlətlərlə birlikdə hər cür töhfə verməyə hazır olduğunu
vurğulayıb”, – deyə Türkiyə prezident administrasiyasından
bildirilib.