Bakı. Trend
Türkiyədə türk əsilli xarici vətəndaşların ölkədəki hüquqi
statusunu və imkanlarını genişləndirən yeni qərar qəbul olunub.
Trend xəbər verir
ki, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın imzaladığı qərar 10
oktyabr 2025-ci il tarixində “Rəsmi” qəzetdə (Resmi Gazete –red)
dərc olunub.
Dəyişikliklərdən sonra Azərbaycan, Qazaxıstan, Qırğızıstan,
Türkmənistan, Özbəkistan, Şərqi Türküstan, Ahıska, Qaqauz, Krım
kimi türk soylu icmalardan olan şəxslər Türkiyədə əcnəbi kimi
deyil, öz vətənlərindəki kimi yaşamaq və işləmək imkanına sahib
olacaqlar.
Yeni qaydaya görə, artıq bütün türk milliyyətli xarici
vətəndaşlar, vətəndaşı olduğu ölkədə ondan asılı olmayan səbəblərə
görə peşəsini, sənətini və ya işini icra edə bilmədiyi və müxtəlif
səbəblərlə Türkiyədə həyatını davam etdirmək məcburiyyətində olduğu
halda Türkiyədə sərbəst işləyə biləcəklər.
Yeni qaydalara əsasən, milliyəti türk olan xarici vətəndaşların
Türkiyədə işləməsinə və ya işlədilməsinə icazə verilməsi üçün bir
sıra şərtlərin (məsələn, Daxili İşlər Nazirliyi tərəfindən onlara
yaşamaq icazəsinin veirlməsi, müəyyən peşə və sənətlər üçün
aidiyyiyatı qurumlardan həmin bacarıqların olmasını təsdiq edən
sənədlərin olması, təhsil səviyyəsini göstərən xarici məktəb və
fakültələrdən verilmiş diplomların müvafiq orqanlar tərəfindən
tanınması, həmin peşəni icra etməsində təhlükəsizlik baxımından heç
bir əngəlin olmaması) yerinə yetirilməsi tələb olunur.

