Üç Yol bədii filminin təqdimatı olub (FOTO)

Baş səhifə

Bakı. Trend:

Nizami Kino Mərkəzində Qeyri-Hökumət Təşkilatlarına Dövlət
Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Gənclərin
Mədəniyyətlərarası Əməkdaşlıq Liqası və Elcinema şirkətinin
istehsal etdiyi Üç Yol bədii filminin təqdimatı olub.

Trend xəbər
verir ki, filmin ssenari müəllifi və quruluşçu rejissoru El-1 idman
liqasının sədri Elçin Çobanzadədir.

Filmin sujet xətti gəncləri, valideyinləri məsuliyyətli,
narkotikdən və digər pis vərdişlərdən uzaq olmağa çağırır.




Filmdə müəllifdən başqa aktyorlar Reşat Kəsəmənli, Fərda Amin,
Könül Şahbazova, Niyaz İlyas oğlu , Mahir Mirişli və SEMKA ləqəbli
tanınmış bloger Samir Ramazanov rol alıblar. Filmin təqdimatında
bir çox dövlət nümayəndələri, Polis akademiyası, FHN Akademiyasının
kursantları , Gömrük Akademiyasının tələbələri, Miqrasiya
könüllüləri iştirak ediblər.

Filmin informasıta dəstəyi Aztv (Mədəniyyət TV və İdman tv)
kanalına məxsusdur.