Böyük Britaniya bu həftə Qəzza zolağının yenidən bərpasını müzakirə etmək üçün biznes nümayəndələri ilə beynəlxalq konfrans keçirəcək.
“Report”un məlumatına görə, bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmerin Dəftərxanasının açıqlamasında bildirilir.
Qeyd edilir ki, Böyük Britaniya anklavın bərpa və yenidən qurulmasına dair üç günlük konfransa ev sahibliyi etməklə, Qəzza üçün sülh planının növbəti mərhələsində aparıcı rol oynayacaq. “Konfransda Almaniya, İtaliya, Səudiyyə Ərəbistanı, İordaniya və Fələstin Milli Administrasiyası da daxil olmaqla bir sıra beynəlxalq tərəfdaşlar, eləcə də özəl sektor və Avropa Yenidənqurma və İnkişaf Bankı, Dünya Bankı, beynəlxalq inkişaf maliyyə proqramlarının nümayəndələri iştirak edəcək”, – məlumatda bildirilir.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin

