Qana futbol millisi dünya çempionatına vəsiqə qazanıb

Baş səhifə

Bakı. Trend:

Qana milli futbol komandası 2026-cı ildə keçiriləcək futbol üzrə
dünya çempionatının seçmə mərhələsində Komor adaları yığmasını 1:0
hesabı ilə məğlub edərək çempionatın final mərhələsinə vəsiqə
qazanıb.

Trend-in məlumatına görə, Qana yığması 10 turdan sonra 25 xal
toplayaraq I qrupunda birinci yeri tutub.




Qana millisi 5-ci dəfə dünya çempionatında çıxış edəcək. Onların
ən yaxşı nəticəsi 2010-cu ildə Cənubi Afrikada keçirilən turnirdə
1/4 finala yüksəlmək olub.

Qana dünya çempionatına vəsiqə qazanan 21-ci komanda oldu.