
Bakı. Trend:
Rusiyalı boksçu Murat Qassiyev superağır çəki dərəcəsində Dünya
Boks Assosiasiyasının (WBA) dünya çempionu titulunu qoruyub
saxlayıb.
Moskvada keçirilmiş 12 raundluq döyüşün 6-cı raundunda o,
almaniyalı Piter Kadirunu texniki nokautla məğlub edib.
Murat Qassiyev indiyədək 34 qələbə (27-si nokautla) qazanıb və 2
dəfə məğlub olub.

