SOCAR-ın təşkilatçılığı, “Neftçi” və “Galatasaray” klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün “Futbol günü” adlı tədbir keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Vətən müharibəsində qazanılan şanlı Zəfərin beşinci ildönümü
münasibətilə SOCAR-ın təşkilatçılığı, “Neftçi” və Türkiyənin
“Galatasaray” Futbol klublarının tərəfdaşlığı ilə SOCAR-ın
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid və qazi
olan əməkdaşlarının övladları üçün “Futbol günü” adlı tədbir
keçirilib.

Trend xəbər verir ki, şəhid
və qazı övladları əvvəlcə “Palms Sports” Futbol Mərkəzində olublar.
Burada uşaqlara “Neftçi” klubu haqqında ətraflı məlumat verilib və
klubun tarixi ilə bağlı videosüjet nümayiş etdirilib.

Uşaqlar “Neftçi” klubunun A komandasının baş məşqçisi Samir
Abbasov və futbolçular ilə görüşüb, onlarla xatirə şəkilləri
çəkdiriblər. Uşaqlar istirahət otağında futbolçularla birlikdə
müxtəlif əyləncəli oyunlar oynayıblar.

A və B komandalarımız arasında keçirilən yoxlama oyununu izləyən
uşaqlara “Neftçi” Peşəkar Futbol Klubunun adından xatirə
hədiyyələri təqdim olunub.




Günün ikinci yarısında isə şəhid və qazı övladları SOCAR-ın Baş
ofisində təşkil olunan tədbirdə iştirak ediblər.

Şəhid və qazı övladlarını salamlayan SOCAR-ın Sosial məsuliyyət
Departamentinin rəisi Əsəd Məmmədov Azərbaycanda dövlət siyasətinin
prioritet istiqamətlərindən biri kimi şəhid və qazi övladlarına
göstərilən diqqət və qayğıdan, bu siyasətə uyğun olaraq SOCAR
tərəfindən görülən işlərdən bəhs edib.

Sonra uşaqlar “Galatasaray” klubunun futbolçularının şəhid və
qazı övladlarına müraciətləri əsasında hazırlanmış xüsusi
videoçarxı izləyiblər. Onlara “Galatasaray” Futbol klubunun
formaları hədiyyə olunub.