Bu ay pensiyaların ödəniləcəyi tarix məlum olub

Baş səhifə

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının iyulun 14-dən, rayonlarda qeydiyyatda olan pensiyaçıların və güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyalarının bu ayın 22-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub.

Bu barədə Modern.az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Qeyd olunub ki, ünvanlı sosial yardımların da bu ayın 24-dən gec olmayaraq ödənilməsi planlaşdırılır.