Chatgpt dünyanın ən yaxşı süni intellekt proqramıdır

Baş səhifə

OpenAI-nin baş icraçı direktoru Sam Altman GPT-5.6 SOL modelinin hazırda dünyanın ən yaxşı süni intellekt modeli olduğunu iddia edib.

Modern.az xəbər verir ki, Altman bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, GPT-5.6 SOL-un hazırda dünyanın ən yaxşı süni intellekt modeli olduğunu göstərən müqayisələr mövcuddur.

Altman paylaşımında Elon Maska da eyham vuraraq bildirib:

“GPT-5.6 SOL-un hazırda dünyanın ən yaxşı süni intellekt modeli olduğunu göstərən müqayisələr var. Amma bunu anlamağın ən yaxşı yolu Elonun yenidən mənə ilişməyə başlamasıdır.”