Bəhreyn və BƏƏ İrandan buraxılan raket və PUA hücumlarının qarşısını aldıqlarını açıqlayıb

Baş səhifə

Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri İrandan buraxıldığı bildirilən raket və pilotsuz uçuş aparatları ilə həyata keçirilən hava hücumlarının qarşısını aldıqlarını açıqlayıb.

Bu barədə Bəhreyn televiziyası və BƏƏ Müdafiə Nazirliyi məlumat yayıb.

Bəhreyn televiziyasının məlumatına görə, krallığın hava hücumundan müdafiə sistemləri ölkə səmasında İranın hava hədəflərini ələ keçirərək məhv edib.

BƏƏ Müdafiə Nazirliyi isə bildirib ki, ölkənin hava hücumundan müdafiə qüvvələri İrandan buraxılan raket və pilotsuz uçuş aparatlarının zərbələrini dəf edir.

“Hazırda BƏƏ-nin hava hücumundan müdafiə sistemləri İran tərəfdən buraxılan raket və pilotsuz uçuş aparatlarının zərbələrini dəf edir”, – deyə nazirliyin açıqlamasında qeyd olunub.

Məlumata görə, Bəhreyndə hava həyəcanı siqnalları səsləndirilib.

Qeyd olunur ki, iyulun 12-də BƏƏ ilə yanaşı, Qətər ərazisi üzərində də raket hücumunun qarşısı alınıb.