
Bakı. Trend:
UEFA İspaniya La Liqasının “Barselona” – “Vilyarreal” oyununun
ABŞ-nin Mayami şəhərində, İtaliya A Seriyasının isə “Milan” –
“Komo” qarşılaşmasının Avstraliyanın Perth şəhərində keçirilməsinə
razılıq verib.
Trend xəbər verir
ki, FİFA milli liqa oyunlarının xaricdə təşkilinə qadağa
qoyulub-qoyulmayacağını müəyyənləşdirmək üçün hüquqi məsləhətlər
alıb. Əgər bu mümkün olarsa, yeni qaydaların gələn ilin əvvəlində
qüvvəyə minməsi gözlənilir.
UEFA-nın açıqlamasında bildirilir ki, FİFA-nın hazırkı normativ
bazası bu məsələdə kifayət qədər aydın və detallı deyil, bu da
Beynəlxalq Futbol Federasiyasında narazılıq yaradıb. Hazırda qurum
qaydaların dəqiqləşdirilməsi üzərində işləyir.


