Kriptovalyuta bazarında kəskin eniş qeydə alınıb

Baş səhifə

Bakı. Trend:

Kriptovalyuta treyderləri oktyabrın 11-nə keçən gecə bazarda baş
verən kütləvi eniş nəticəsində milyardlarla dollar zərərə
düşüblər.

Trend xəbər verir
ki, son 24 saat ərzində məcburi dayandırılan ticarət
əməliyyatlarının həcmi 19 milyard dolları ötüb. Bu, kriptovalyuta
bazarının tarixində bütün zamanların ən yüksək göstəricisi hesab
olunur.




Xatırladaq ki, ötən gecə “Bitcoin”in qiyməti 122.000 dollardan
102.000 dollara qədər geriləyib.

Qiymətlərin kəskin azalması ABŞ Prezidenti Donald Trampın Çindən
idxal olunan mallara irimiqyaslı tarif artımı barədə açıqlamasından
sonra başlayıb. Bildirilib ki, ABŞ noyabrın 1-dən etibarən mövcud
tariflərə əlavə olaraq 100 faiz rüsum tətbiq edəcək.