Culfa rayonunun bəzi kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

Baş səhifə
Culfa rayonunun bəzi kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

Culfa rayonunun bəzi kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

“Report”un yerli bürosu xəbər verir ki, “Azərenerji” ASC-nin təsdiq etdiyi Naxçıvan Muxtar Respublikasının “Elektroenergetika konsepsiyası” üzrə 2025-ci ildə nəzərdə tutulan işlər çərçivəsində yeni tikilən 132 kV-luq “Culfa” elektrik verilişi xəttinin məftilinin çəkilməsi zamanı təhlükəsizlik tədbirləri məqsədilə 132/110/10 kilovoltluq “Culfa” yarımstansiyasından qidalanan 2 və 5 saylı 10 kilovoltluq hava elektrik verilişi xətləri razılaşdırılmış sifarişə əsasən açılacaq.

Bununla əlaqədar Culfa rayonunun Dizə, Gülüstan kəndlərində və Yaycı kəndinin bir hissəsində 13 oktyabr tarixində saat 09:00-dan 10:00-a qədər fasilə yaranacaq.