
Bakı. Trend:
ABŞ-nin Missisipi ştatında baş verən atışma nəticəsində azı 4
nəfər həyatını itirib, 12 nəfər yaralanıb.
Trend xəbər verir
ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən “CBS”
telekanalı məlumat yayıb.
Hadisə Leland şəhərində qeydə alınıb. Şəhərin meri Con Linin
sözlərinə görə, atışma gecə yarısı baş verib və dörd yaralı yerli
xəstəxanalara çatdırılıb.
Yaralıların vəziyyəti barədə hələlik məlumat verilməyib. Hadisə
ilə bağlı şübhəli şəxs müəyyən edilməyib, istintaq davam edir.

