Almaniya kansleri Qəzza ilə bağlı razılaşmanın imzalanmasında iştirak edəcək

Baş səhifə

Bakı. Trend:

Almaniya kansleri Fridrix Merts Qəzza ilə bağlı razılaşmanın
imzalanma mərasimində iştirak edəcək

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, Almaniya kansleri Fridrix Merts
oktyabrın 13-də Misiri ziyarət etməyi planlaşdırır.

Mənbələrin bildirdiyinə görə, tədbir Qahirədə deyil, Şarm
əl-Şeyxdə baş tutacaq ki, bu da qonaqların təhlükəsizliyini təmin
etməyi asanlaşdırmaq məqsədi daşıyır.

Mərasimdə həmçinin ABŞ Prezidenti Donald Tramp, Böyük
Britaniyanın Baş naziri Kir Starmer, Fransa Prezidenti Emmanuel
Makron və İtaliyanın Baş naziri Corca Meloni də iştirak
edəcəklər.

Liderlər Qəzza ilə bağlı razılaşmanı onun icrasına zəmanət verən
tərəflər kimi imzalayacaqlar.