Həmas Qəzza zolağına xarici nəzarəti rədd edib

Baş səhifə

Bakı. Trend:

Fələstinin “HƏMAS”, “İslam Cihadı” və Fələstinin Qurtuluşu Xalq
Cəbhəsi hərəkatları anklavdakı münaqişə həll edildikdən sonra Qəzza
zolağına xarici nəzarət ideyasını rədd etdiklərini bəyan
ediblər.

Trend-in məlumatına görə, bu barədə onların birgə bəyanatında
bildirilib.




“Biz hər hansı xarici himayəsindən qəti şəkildə imtina
etdiyimizi vurğulayırıq və Qəzza zolağının idarə formasının və onun
təsisatlarının fəaliyyət prinsiplərinin müəyyən edilməsinin
xalqımızın milli qüvvələri tərəfindən birgə müəyyən edilməli olan
Fələstinin daxili işi olduğunu bir daha təsdiqləyirik”, – deyə qeyd
olunub.

Eyni zamanda, onlar Qəzza zolağında “bərpa, yenidənqurma və
inkişafa dəstək sahələrində ərəb və beynəlxalq iştirakdan
faydalanmağa” hazır olduqlarını bildiriblər.