
Bakı. Trend:
ABŞ-nin “SpaceX” şirkəti mayın 19-da “Starship” kosmik gəmisinin
prototipini daşıyan raketin daha bir sınaq buraxılışını həyata
keçirməyi planlaşdırır.
Trend-in
məlumatına görə, bu barədə “SpaceX” şirkəti “X” sosial şəbəkəsində
yazıb.
“On ikinci sınaq uçuşu yeni nəsil “Starship” və “Raptor”
mühərriklərinin yeni versiyası ilə təchiz edilmiş “Super Heavy”
gücləndiricisini sınaqdan keçirəcək. Buraxılış “Starbase”
kosmodromundakı təkmilləşdirilmiş buraxılış meydançasından həyata
keçiriləcək. Buraxılış 19 may çərşənbə axşamı günü planlaşdırılır”,
– deyə bildirilib.

