Bakı. Trend:
Finlandiya parlamentinin üzvləri ilk dəfə olaraq fövqəladə
vəziyyətlərdə yeraltı məkanlardan fəaliyyətlə bağlı hazırlıq
keçəcəklər. Təlimlərin noyabr ayına planlaşdırıldığı
bildirilir.
Trend xəbər verir
ki, bu barədə fin deputat Paula Risikko yerli mətbuata verdiyi
açıqlamada deyib.
Deputat bildirib ki, hazırlıq tədbirlərinin keçirilməsinə
ehtiyac milli təhlükəsizlik sahəsində dəyişən şəraitlə əlaqədardır.
O həmçinin qeyd edib ki, təlim fövqəladə hallarda, o cümlədən hərbi
əməliyyatlar zamanı davranış qaydalarının öyrənilməsi məqsədilə
təşkil olunacaq.
Deputatın sözlərinə görə, ölkədə bu cür şəraitə hazırlıq
Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyata başlamasından sonra
daha da fəallaşıb.

