MDB+ formatının işə salınması Birlik ölkələri üçün yeni imkanlar açacaq – Tacikistan XİN

Baş səhifə

Düşənbə. Trend:

Əsas diqqət Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının
iclasında Birliyin fəaliyyətinin səmərəliliyinin artırılmasına və
onun beynəlxalq arenadakı mövqelərinin möhkəmləndirilməsinə
yönəlib.

Trend xəbər verir
ki, bunu Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının
iclasının yekunlarına dair brifinqdə çıxış edən Tacikistanın Xarici
İşlər naziri Sirocciddin Muxriddin bildirib.

Onun sözlərinə görə, xüsusi diqqət MDB-nin müsbət imicinin
təşviqi və onun beynəlxalq və regional strukturlarla qarşılıqlı
fəaliyyətinin genişləndirilməsinə yönəldilmişdi.

“Bu kontekstdə MDB-nin beynəlxalq arenadakı imicinin
möhkəmləndirilməsi üzrə qarşılıqlı fəaliyyət, o cümlədən Birliyin
BMT, Şanxay Əməkdaşlıq Təşkilatı, KTMT və digər regional
təşkilatlarla əməkdaşlığının genişləndirilməsi vasitəsilə fəal
şəkildə təşviq olunurdu”, – nazir qeyd edib.